...

Ermənistandan miqrasiya sayı xeyli artıb

Dünya xəbərləri Materials 30 İyul 2013 12:59 (UTC +04:00)
Ermənistandan miqrasiya xeyli artıb. Belə ki, cari il ərzində təkcə hava yolu ilə ölkəni 39 897 nəfər tərk edib.
Ermənistandan miqrasiya sayı xeyli artıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Ermənistandan miqrasiya xeyli artıb. Belə ki, cari il ərzində təkcə hava yolu ilə ölkəni 39 897 nəfər tərk edib.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin Mülki Aviasiya Baş İdarəsinin ilin I yarısının yekunlarına dair açıqladığı hesabat belə deməyə əsas verir.

Hesabatda deyilir: "Qeyd edilən dövr ərzində "Zvartnos" aeroportundan 363,099 nəfər getdiyi halda 330,484 nəfər gəlib. "Şirnak" aeroportunda bu rəqəm müvafiq olaraq, 19,693 və 12,339 nəfərdir".

Məlumata görə, bu, yalnız hava yolu ilə bağlı statistikadır, halbuki bir çox insanlar avtobusların köməyilə miqrasiya edirlər.

O da bildirilir ki, ölkə hakimiyyəti istənilən yolla bu qanqaraldıcı statistikanın nəşrini təxirə salmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti