...

Belarus deputatı erməni həmkarlarını münaqişələrin sülhlə həllinə töhfə verməyə çağırdı

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 11:55 (UTC +04:00)
Ermənistan və Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar
Belarus deputatı erməni həmkarlarını münaqişələrin sülhlə həllinə töhfə verməyə çağırdı

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Ermənistan və Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar. Bunu Ermənistan-Belarus əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov şənbə günü keçirilən iclasın yekunları ilə bağlı bəyan edib. Bu barədə Trend bazar ertəsi "Novosti-Armeniya" saytına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, iclasın gedişində tərəflər əməkdaşlığın parlamentlərarası assambleyalar səviyyəsində vacibliyini də qeyd ediblər.

Şarmazanov deyib: "Hamıya məlumdur ki, biz KTMT üzrə müttəfiqik. Biz bütün münaqişələrin dinc yolla həllinə mühüm əhəmiyyət veririk".

Öz növbəsində, komissiyanın Belarusdan olan həmsədri, Belarus parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Viktor Quminski qeyd edib ki, bu gün Ukraynada və digər regionlarda cərəyan edən hadisələr dinc sülh prosesindən başqa digər alternativlərə malik deyillər: "Və Ukrayna buna sübutdur. Ona görə də parlamentarilər problemlərin anaların, qadınların və uşaqların öz əzizlərini və doğmalarını itirdiklərinə görə göz yaşı axıtmamaları üçün istisnasız olaraq dinc yolla həll olunmasına öz töhfələrini verməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti