Elmira Tarıverdiyeva, Trend News-un Avropa redaksiyasının icmalçısı
Son zamanlar baş verən Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması prosesi təkcə iki ölkənin maraqlarına xidmət etmir. Bu prosesi yalnız regional adlandırmaq olmaz, belə ki, Ankara və Yerevan arasında diplomatik münasibətlərin qurulması həm Azərbaycan və Gürcüstan, həm də Qərb üçün vacibdir.
Lakin Ermənistan-Türkiyə münasibətləri məsələsi bütün beynəlxalq cəmiyyətdə Cənubi Qafqazda maraqlı regional oyunçulardan biri kimi ən çox Rusiyanı maraqlandırır.
Moskva həmişə Yerevanın əsas mütəffiqi rolunu oynayıb. Ermənistan və Rusiya arasındakı strateji tərəfdaşlıq iki xristian xalqın tarixi dostluğuna səbəb olub. Moskva xüsusilə Gürcüstanda baş verən avqust hadisələri nəticəsindəTbilisi ilə hər cür diplomatik münasibətləri kəsdikdən sonra Ermənistanı Cənubi Qafqazda əsas mütəffiqi və tərəfdaşı hesab edir.
Azərbaycan isə demək olar ki, bütün region ölkələri, Rusiya və Qərb ilə bərabər münasibətlərdə qalaraq, tarixən Türkiyəyə dost və qardaş ölkə kimi üstünlük verərək siyasi balansa tərəfdar olub.
Rusiya və Ermənistanın eyni əməkdaşlıq tarixi Rusiya və Ermənistan prezidentlərinin "Rusiya Federasiyanın Ermənistan ərazisində olan Silahlı Qüvvələrinin hüquqi statusu haqqında Müqavilə"ni imzaladığı 1992-ci ildən hesablanır. 1995-ci ilin martında iki ölkə rasında "Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında Müqavilə" imzalandı. 1992-ci ildən etibarən Ermənistan Rusiya kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
1993-cü ildə Türkiyənin Azərbaycandan nümunə götürərək Ermənistan ilə sərhədlərini bağlamasından sonra iqtisadi blokadada olan respublikaya Rusiya dəfələrlə maliyyə yardımı göstərib. Dünyanın ən nüfuzlu və çoxsaylı erməni diaporlarından biri məhz Rusiyadadır.
İndi Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını çox sürətlə dəyişir. Bir çox müşahidəçilərin fikrinə əsasən, Rusiya Ermənistan üzərində təsirini itirə bilər, belə ki, Türkiyə ilə sərhədlərin açılmasından sonra ölkə Moskvanın iqtisadi planından daha az asılı olacaq.
Lakin Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanmasından uduzmaqdan daha çox qazanır.
Ermənistan heç vaxt Türkiyəyə Moskvaya etibar etdiyi qədər inanmayacaq. Ankara və Yerevan arasında ikitərəfli münasibətlərdə tarixi ruh hakim olacaq: Qərbi Ermənistanın əsrlər boyunca Osmanlı İmperiyası tərkibində olması, 1915-ci il "erməni soyqırımı", Ermənistanın Türkiyədə inqilabi və terrorçu fəaliyyəti. Beləliklə, ən yeni tarix də ölkələrin səmimi xatirələri ilə bol olmayacaq.
Dağlıq Qarabağ münaqişəsinin hərbi mərhələsi dövründə Türkiyə birmənalı olaraq Azəraycanın tərəfində durdu ki, bu da Ermənistan ilə sərhədlərin bağlanmasının səbəblərindən biri oldu.
Ermənistanın iqtisadi sektorunda kifayət qədər ciddi töhfə olan Rusiya biznesi respublikanın maliyyə sxemində o qədər çox artıb ki, sərhədlər açıldığı təqdirdə Türkiyə biznesi geniş miqyaslı Rusiya layihələrinə qarşı çətin ki, bab gələ bilsin.
Ermənistan Türkiyə kimi böyük iqtisadiyyata malik ölkə ilə sərhədləri açaraq Rusiyanın daimi donor yardımına ehtiyac duymayacaq.
Bu da çox vacibdir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə əlaqədar olaraq Ermənistan əhalisinin ödəmə qabiliyyəti artarsa, Rusiyanın Ermənistanda kiçik və orta sahibkarlığa yatırdığı çox böyük investisiyaların tez bir zamanda əvəzi çıxarıla bilər.
Moskvanın iqtisdfi xeyirlərindən biri Türkiyə ərazisində Rusiyadan olan erməni qastarbayterləri axınının yenidən paylanması və bu yerin rusiyalı işçilər üçün boşaldılması olacaq.
Digər tərəfdən, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Azərbaycan və Türkiyə arasında soyuqluq yarada bilər və Rusiya vəziyyətdən Bakı ilə münasibətlərin yaxşılaşdırılması üçün istifadə edə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr üzrə komissiyasının üzvləri ilə görüşü zamanı Türkiyə və Ermənistan arasında imzalanan protokollara toxunub. Azərbaycan dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının bir hissəsi artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Buna görə də Azərbaycan ictimaiyyətinin Ermənistan ilə münasibətlərə həssas yanaşması normal qiymətləndirilməlidir. Azərbaycanda mövcud olan narazılığın əsas səbəbi isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Ermənistanın ağır iqtisadi böhrandan çıxması və danışıqlarda öz mövqelərini kəskinləşdirməsi ehtimallarıdır, İlham Əliyev qeyd edib.
Eyni zamanda Prezident İlham Əliyev dövlət başçılarının və Türkiyə hökumətinin, həmçinin parlament sədrinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qeyri-mümkünlüyü barədə söylədikləri bəyanatlarını da xatırladıb.
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması faktının tanınmaması və bunun Dağlıq Qarabağa dair danışıqlar prosesinə mənfi təsir göstərəcəyi təhlükəsini nəzərə alaraq, sərhədlər açıldığı təqdirdə Azərbaycan Moskvanı regionda əsas tərəfdaşlarından biri kimi nəzərdən keçirə bilər.
Görünür ki, Azərbaycan Rusiyaya Cənubi Qafqazda ən mühüm strateji tərəfdaşlardan biri, regionun geosiyasi mərkəzi və enerji ehtiyatları ilə zəngin olan ölkə kimi lazımdır.
Rusiyanın "Qazprom" şirkəti artıq Bakıya Azərbaycan qazını min kubmetrini 120 dollardan (Azərbaycanın təbii qazı Türkiyəyə bu qiymətə tədarük olunurdu) üç dəfə artıq qiymətə almağı təklif edib. Azərbaycan Rusiyaya ildə minimum beş yüz milyon kubmetr qaz tədarük edilməsi üzrə müqavilə imzalayıb. Bu zaman, tədarükün yüksək həddi məhdudlaşdırılmır və tədarük həcmi Azərbaycanda qaz hasilatının artımından asılı olaraq artırılacaq.
Yuxarıda sadalananları nəzərə alaraq Rusiya tarixi mütəffiqini itirmədən regionda strateji tərəfdaş qazana bilər, Ankara və Yerevan arasında nizamlanan münasibətlərdən iqtisadi cəhətdən çox şey əldə edə bilər.