...

Qazaxıstanın ATƏT-də sədrliyi ölkənin qlobal və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməsi üçün şansdır - ATƏT-in gələcək sədri Kanat Saudabayev (MÜSAHİBƏ)

Siyasət Materials 1 Dekabr 2009 08:59 (UTC +04:00)
Astana və Bakı arasındakı tərəfdaşlığın inkişafı həm siyasi, həm də ticari-iqtisadi aspektdə yüksələn xətt üzrə inkişaf edir.
Qazaxıstanın ATƏT-də sədrliyi ölkənin qlobal və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməsi üçün şansdır - ATƏT-in gələcək sədri Kanat Saudabayev (MÜSAHİBƏ)

Qazaxsıtan, Astana, 30 noyabr / Trend , müxbir K.Konırova/

Trend -un Qazaxıstanın ATƏT-də sədrliyi ərəfəsində ölkənin dövlət katibi -  xarici işlər naziri Kanat Saudabayevlə eksklüziv müsahibəsi

- Siz iqtisadi və siyasi sahələrdə Azərbaycan və Qazaxıstanın ikitərəfli əlaqələrini necə qiymətləndirirsiniz? Sizcə, hansı sahələrdə daha sıx əməkldaşlığı inkişaf etdirmək lazımdır?

- Astana və Bakı arasındakı tərəfdaşlığın inkişafı həm siyasi, həm də ticari-iqtisadi aspektdə yüksələn xətt üzrə inkişaf edir. Bütün səviyyələrdə, o cümlədən yüksək səviyyədə keçirilən görüşlər, həmçinin işgüzar sahədə ikitərəfli əməkdaşlığın dərinləşməsi buna sübutdur.

Qazaxıstan Prezidenti N.Nazarbayevin oktyabr ayının 2-də Azərbaycan Respublikasına səfəri göstərdi ki, bizim dövlətlərimiz arasındakı ənənəvi dostluq əlaqələri qardaş dövlətlərin əməkdaşlığına əyani nümunədir. Qazaxıstan Azərbaycana Qafqaz regionunda başlıca dövlət kimi baxır. Şübhəsiz ki, xalqlarımız arasındakı tarixi, mədəni, dini-etnik yaxınlıq qeyd olunan proseslərə müsbət təsir göstərir.

Hazırda hər iki dövlət həm ikitərəfli, həm də çoxtərəfli formatlarda, o cümlədən ATƏT və AQEM çərçivəsində uğurlu qarşılıqlı fəaliyyət göstərir. Dünya siyasəti ilə bağlı məslələrdə Azərbaycan və Qazaxıstanın mövqeyi hər zaman üst-üstə düşür - Biz BMT-nin mövqeyinin möhkəmlənməsinin, beynəlxalq qanunvericiliyə riayət edilməsinin tərəfdarıyıq. Biz terrorizmlə mübarizədə əməkdaşlıq edirik. Deyə bilərəm ki, biz təkcə tərəfdaş deyil, həm də bütün istiqamətlərdə müttəfiqik. Mən ikitərəfli iqtisadi fəaliyyətimizi qeyd etdim, bunu faktlarla təsdiqləyəcəm.

Dövlət başçımızın sentyabrın 30-da Bakıya səfəri ərəfəsində ticari-iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının VI iclası keçirildi. Tədbirin gündəliyində qeyd edilən bütün məsələlərdə uğurlar əldə edilib, müvafiq sənədlər imzalanıb. Xüsusilə də biz enerji sahəsində əməkdaşlıq etmək barəsində razılığa gəlmişik. Azərbaycanın neft-qaz infrastukturlarının "KAzMunayQaz" milli şirkəti tərəfindən istifadə edilməsi, ölkələrimiz arasında olan nəqliyyat kommunikasiyası, həmçinin neft emalı üzrə birgə işlərin və kadrların hazırlanmasında təcrübə mübadiləsinin aparılmasına dair sənədlər imzalanıb.

Bununla yanaşı, bizim ölkələrimiz kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etmək barədə razılaşıblar. Qazaxıstan Azərbaycana toxum təadrük etməkdə maraqlıdır. Digər tərəfdən, ölkəmizin Xəzəryanı regionuna Azərbaycandan tezyetişən meyvə və tərəvəzlərin tədarükündə də maraqlıyıq.

Hər iki tərəf həbi-siyasi əməkdaşlıqda, qazaxıstanlı kadrların, o cümlədən dənizçilərin Azərbaycan məktəblərində təlim keçməsində və əlbəttə ki, mədəni-humanitar əlaqələrdə maraqlıdır. Bizim dövlətlərimiz arasındakı əlaqələndirici həlqə rolunu Qazaxıstanda yaşayan və bizim çox millətli ölkəmizin mühüm və ayrılmaz hissəsi olan, dövlətlərimizin sosial-iqtisadi və ictimai inkişafına töhfələr verən 80 illik Azərbaycan diasporunun nümayəndələri oynayırlar.

Əminəm ki, bizim əlaqələrimizin inkişaf perspektivləri çox böyükdür. 2008-ci ildə əldə edilən 465 milyonluq mal dövriyyəsi bizi qane edə bilməz. Bizim bu vəziyyəti düzəltmək üçün potensialımız var. İnanıram ki, Nazarbayevin oktyabr ayında Bakıya səfəri zamanı əldə edilən müqavilələrin realizəsi bizim əməkdaşlığımızı daha yüksək səviyyələrə qaldıracaq.

- 2010-cu ildə Qazaxıstan ATƏT-də sədrlik edəcək. Sədrliyiniz dövründə hansı məsələlərə xüsusi diqqət ayrılacaq? Qazaxıstan ATƏT-in fəaliyyətinə hər hansı bir yenilik gətirməyi planlaşdırırmı?

- Qazaxıstanın ATƏT-dəki sədrliyi bizim ölkəmiz üçün özünü dünya ictimaiyyətinə regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsində qiymətli töhfələr verə bilən layiqli tərəfdaş kimi tanıtmaq üçün, eləcə də öz möhkəmlənmələri üçün istifadə edə biləcək təşkilatlar üçün gözəl şansdır. Biz təşkilat çərçivəsindəki bütün konstruktiv proseslərə yeni stimul və nəfəs vermək niyyətindəyik.

Biz ATƏT-in üç istiqaməti arasında (hərbi-siyasi, iqtsadi-ekoloji və humanitar) balansı təmin etməyə çalışacağıq.

Hərbi-siyasi məsələlər barədə danışarkən qeyd edim ki, Avropanın gələcək təhlükəsizliyi Qazaxıstanın gələcək sədrliyində mühüm istiqamətdir.

Qazaxıstan "Korfu prosesi" çərçivəsindəki yeni təhlükəsizlik aritekturasına toxunan məsələlərin müzakirəsi prosesində fəal iştirak edir.

Biz müvafiq dialoqların inkişafında tərəfdaşlarımızın səylərini büsbütün dəstəkləyirik. Bununla belə, biz bu mövqedən çıxış edirik ki, Avropanın gələcək təhlükəsizlik arxitekturası mövcud mexanizmlərə, institutlara və hüquqi sənədlərə əsaslanmalıdır. Bunun üçün ATƏT məkanında bütün vasitələr var. Bizim ümümi vəzifəmiz onların gələcək güclənməsi və inkişafı olmalıdır. ATƏT regiondakı qeyri-stabilliyin əsas mənbəsi olan Əfqanıstan probleminin həll edilməsində mühüm rol oynaya bilər və oynamaldır. Qazaxıstan öz sədrliyi dövründə bu sahədə ATƏT-in potensialından istifadə etmək niyyətindədir.

Bu yaxınlarda, noyabr ayının 22-də mən Əfqanıstana rəsmi səfər etdim. Səfər çərçivəsində təhsil sahəsində əməkdaşlığa dair hökumətlərarası razılq imzalandı. Qazaxıstan yaxın illər ərzində 1000 əfqanın təhsili üçün 50 milyon dollar vəsait ayırıb. Bu da bizim üçün böyük məbləğdir.

Hesab edirik ki, terrorizmin və ekstremist ideologiyaların yayılmasının qarşısının alınmasında genişmiqyaslı yardımın təsiri, ATƏT-in mühüm töhfəsi olacaq.

"Qazaxıstanın sədrliyi dövrü üçün böyük mövzulardan biri də kütləvi qırğın silahlarının yayılması problemidir. Qazaxıstan hər zaman beynəlxalq fəaliyyətin bu sahəsinə böyük əhəmiyyət verib. ATƏT konteksində söhbət hər şeydən əvvəl bu silah və onun istehsalında istifadə edilə biləcək materialların qarşısının alınması mexanizmlərinin möhkəmləndirilməsindən gedir. Bizim üçün iqtisadi-ekoloji ölçülərin əsas məsələlərindən biri Avropa nəqliyyat dəhlizidir. Buna görə də ATƏT-in 18-ci Qazaxıstan iqtisadi-ekoloji forumunun mövzusu "Sərhəd məntəqələrində lazımi idarə üsulunun yaradılması, yerüstü nəqliyyatın təhlükəsizliyinin artırılması və ATƏT regionunda beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatının asanlaşdırılması" olacaq. Biz artıq Astanada foruma ilk hazırlıq konfransını keçirmişik (12-13 oktyabrda). Forumun qalan üç hissəsi isə qışda və gələn ilin yazında Avropa paytaxtlarında keçiriləcək. Biz ətraf mühitin qorunması sahəsində də ATƏT-in potensialından istifadə edəcəyik.

Tolerantlıq və mədəniyyətlərarası dialoqun inkişafı da ATƏT-in cari gündəliyində olan əsas məsələlərdən biridir. Qazaxıstan 130 millətin nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə kimi, dünyada etniklərarası və dinlərarası anlaşma nümunəsi üzrə unikal təcrübəyə malikdir. Biz hazırda 2010-cu ildə tolerantlıq üzrə konfrans keçirmək məsələsini aydınlaşdırırıq. Artıq bizim tərəfimizdən müvafiq konsepsiya hazırlanıb və təşkilatın iştirakçı ölkələri ilə məsləhətləşmələr aparılır.

Eyni zamanda biz İHDİB və ATƏT-in digər institutlarının mandatı çərçivəsində humanitar ölçülərin digər iş istiqamətlərini də dəstəkləmək niyyətindəyik. Ümumilikdə, sədrlik dözvründə biz ATƏT-də bütün əsas iş istiqamətlərini dəstəkləməyi planlaşdırırıq.

Nəhayət, sədrliyimiz dövründə Qazaxıstanın məlum təşəbbüslərindən biri də ATƏT-in sammitinin keçirilməsi ideyasıdır.

Məlum olduğu kimi, ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda keçirilib, o vaxtdan bıri dünyada çox dəyişikliklər olub. Hamımızın qarşısında yeni çağırışlar var. Bu vaxt ərzində ən güclü iqtisadi böhran baş verib, beynəlxalq terrorizm yeni gücü ilə vüsət alıb. Artıq səkkiz ildir ki, beynəlxalq ictimaiyyət Əfqanıstanda stabilliyə nail ola bilmir. Avropa təhlükəsizliyinin yeni arxitekturasının yaradılması məsələsi kəskin aktuallıq qazanıb. Nəhayət, bu gün Avropa milli planda tamamilə başqalaşıb ki, bu da münaqişəli vəziyyətlərin yaranmasına gətirib çıxarır. Hər şeyi qəbul edəcək tolerantlıq məslələsi ATƏT-in bütün üzvləri üçün aktuallıq qazanıb. Bundan əlavə, artıq 8 ildir ki, ATƏT-in xarici işlər nazirləri illik yekun görüşlərində vahid siyasi bəyannamə qəbul edə bilməyiblər, bu da təşkilat daxilindəki ciddi ziddiyyətlərin olması və müasir dünyada onun relevantlığının azalmasının əlaməti kimi başa düşülür.

Sammitin keçirilməsi ideyası İspaniya, İtaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Fransa və digər dövlətlər tərəfindən dəstəklənib. Biz bütün iştirakçı dövlətlərin bu ideyanı dəstəkləyəcəyinə ümid edirik və ona görə də hesab edirik ki, bu sammit bizim hamımızın maraqlarına cavab verəcək.

- Qazaxıstan, ATƏT-in gələcək sədri vəzifəsində MDB ərazisində dondurulmuş münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nə kimi rol oynaya bilər?

- Hər şeydən əvvəl, ATƏT-in rəsmi terminindən istifdə etməyi təklif edirəm - uzun sürən münaqişələr. "Dondurulmuş" sözü münaqişələr ətrafındakı real vəziyyəti əks etdirmir.

Danışıq proseslərinin davam etdirlməsinə kömək, həllərin axtarılması və ən əsası vəziyyətin kəskinləşməsinə və onun qaynar fazaya keçməsinə yol verməmək Sədrin funksiyalarına daxildir. Bunun üçün ATƏT-in sərəncamında vaxtından əvvəl xəbərdarlıq və münaqişələrin qarşısının alınması müxanizmləri var. Postsovet məkanında bir neçə münaqişə mövcuddur: Dnestryanı, Dağlıq Qarabağ, Gürcüstan, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya qarşıdurma zonası. Hər bir münaqişənin ətrafında onların həlli üzrə bərabərsəviyyəli strukturlar var. Belə ki, 1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsi üzrə işləyir. Dnestryanı münaqişənin həllində ATƏT-in missiyası, Rusiya, Ukrayna, son zamanlar isə Aİ iştirak edir. Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyətin müzakirəsi BMT, ATƏT, Aİ, Rusiya və ABŞ-ın iştirakı ilə Cenevrə disskusiyası çərçivəsində aparılır.

Bizim siyasətimiz danışıqların mövcud formatının dəstəklənməsinə, ATƏT-in beynəlxalq hüquq və baza prinsipləri çərçivəsində münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı vəziyyətin nizamlanmasında ATƏT-in rolunun artırılmasına yönəldilib.

Biz münaqişə zonalarındakı vəziyyəti öyrənmişik. ATƏT orqanları və iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında onların nizamlanması yollarının axtarılması proesesinə öz töhfəmizi vermək niyyətindədyik. Bu məqsədlə fəaliyyətdə olan sədrin uzunsürən münaqişələr üzrə şəxsi nümayəndəsi vəzifəsinə Qazaxıstanın ən təcrübəli diplomatlarından biri səfir Bulat Nurqaliyev təyin edilib. Dağlıq Qarabağ münaqişəsi hər zaman ATƏT-in, xüsusilə də Minsk Qrupunun diqqət mərkəzində olub. Qazaxıstan Qazaxıstan ATƏT-in fəaliyyətdə olan sədri kimi, Minsk Qrupunun himayəsi altında aparılan danışıqlar prosesində fəal iştirak edəcək.

Biz bu mövqedən çıxış edirik ki, dialoqun dərinləşdirilməsi və inkişafı münaqişələrin həllində nəzərəçarpacaq nəticələrin əldə edilməsi üçün yeganə əsasdır.

Münaqişə zonasında yaşayan xalqlar yaxşı gələcəyə layiqdirlər və Qazaxsıtan onların bu gələcəyi əldə etməsi üçün əlindən gələn köməyi əsirgəməyəcək.

- Qazaxıstan Mərkəzi Asiya, eləcə də MDB ölkələri arasında lider mövqelərdən birini tutur. Astana Gömrülk İttifaqı və s. bu kimi bir neçə regional layihələrin təşəbbüskarlarından biri kimi çıxış edir. Qazaxıstan gələcəkdə də əlavə regional layihələrin yaradılmasını planlaşdırırmı?Sizcə, bu layihələr hansı sahələrə aid ola bilər?

- Perspektivdə əlavə regional layihələrin yaradılması məsələsinə gəlincə, qeyd etməliyəm ki, hər şeydən öncə artıq yaradılmış potensialı reallaşdırmalıyıq. Xatırlatmaq istərdim ki, oktyarbrın 3-də Türkdilli Dövlətlərin IX sammitinin yekunlarına görə, 4 ölkə prezidentləri (Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə) Türkdilli Dövlətlərin Əməkldaşlıq Şurasının yaradılmasına dair razılaşma imzaladılar. Bu sənəd türkdilli dövlətlər, o cümlədən Qazaxıstan və Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətin möhkəmlənməsində yeni mərhələni nəzərdə tutur. Bununla əlqaədar olaraq, bizim birgə səylərimiz Naxçıvandakı görüş zamanı əldə edilən razılaşmanın reallaşmasına yönəldilməlidir.

Xəbər lenti

Xəbər lenti