...

Azərbaycanın gələcək alimləri öz elmi işlərini ABŞ-da təqdim edəcəklər

Cəmiyyət Materials 16 Aprel 2012 13:36 (UTC +04:00)
Azərbaycanın gələcək alimləri öz elmi işlərini mayın 13-dən 18-dək Pittsburqda (ABŞ) keçiriləcək məktəblilərin elmi-texniki yaradıcılığına beynəlxalq baxışda - Intel International Science and Engineering Fair (Intel ISEF) təqdim edəcəklər.
Azərbaycanın gələcək alimləri öz elmi işlərini ABŞ-da təqdim edəcəklər

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın gələcək alimləri öz elmi işlərini mayın 13-dən 18-dək Pittsburqda (ABŞ) keçiriləcək məktəblilərin elmi-texniki yaradıcılığına beynəlxalq baxışda - Intel International Science and Engineering Fair (Intel ISEF) təqdim edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi tədbirin təşkilatçısının məlumatında deyilir.

"Intel ISEF 2012"-də Azərbaycandan 4 yuxarı məktəb şagirdi iştirak edəcək.

Onlara müşahidəçi statusunda yeddi məktəbli, Azərbaycanda milli müsabiqənin finalçısı və "Gələcəyin alimləri" MDB ölkələri məktəblilərinin elmi işlərinin müsabiqəsinin altı qalibi də qoşulacaq.

"Intel ISEF"in finalçıları 9 milli yarımfinalın yekunları üzrə müəyyən edilib. Yarımfinallardan dördü Rusiyada, ikisi Ukraynada keçirilib, Azərbaycan, Belarus və Qazaxıstanda isə bir yarımfinal baş tutub.

Azərbaycanda "Intel ISEF"-in milli mərhələsi bu il ilk dəfə keçirilib. "Azərbaycanın gələcək alimləri" müsabiqəsi respublikanın "İntel" korporasiyasının dəstəyi ilə Təhsil və Gənclər və İdman nazirlikləri tərəfindən təşkil olunub. Orada yeddi bölmə üzrə komanda və fərdi işlərini təqdim edən 77 məktəbli iştirak edib.

Xəbər lenti

Xəbər lenti