...

Azərbaycan Beynəlxalq Peyk Rabitəsi Təşkilatının rəhbər tərkibinə seçilib

Telekommunikasiya Materials 13 Fevral 2013 20:20 (UTC +04:00)
"Azərkosmos" ASC-nin nümayəndəsi Məzahim Quliyev Beynəlxalq Peyk Rabitəsi Təşkilatının (The International Telecommunications Satellite Organization - ITSO) Şərqi Avropa və Şimali Asiya üzrə rəhbərinin müavini vəzifəsinə seçilib.
Azərbaycan Beynəlxalq Peyk Rabitəsi Təşkilatının rəhbər tərkibinə seçilib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC-nin nümayəndəsi Məzahim Quliyev Beynəlxalq Peyk Rabitəsi Təşkilatının (The International Telecommunications Satellite Organization - ITSO) Şərqi Avropa və Şimali Asiya üzrə rəhbərinin müavini vəzifəsinə seçilib. Bu barədə çərşənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, seçkilər Uqandada keçirilən ITSO Assambleyasının 35-ci iclasında baş tutub. Səsvermədən sonra Azərbaycan Polşa ilə birlikdə Şərqi Avropa və Şimali Asiya regionlarından məsləhət komitəsinin daimi üzvlüyünə qəbul edilib.

Azərbaycanın iştirakı ilə ITSO-nun ik iclası martın 7-8-də keçiriləcək. 1964-cü ildə yaradılan ITSO-ya 149 ölkə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti