...

Azərbaycan bazarında "TeliaSonera"nın satış həcmi azalıb

Telekommunikasiya Materials 24 Aprel 2014 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin I rübündə "TeliaSonera" şirkətinin Azərbaycan bazarında satış həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,3 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə "TeliaSonera"nın yanvar-mart aylarının nəticələri üzrə hesabatında deyilir.

Şirkətin hesablamalarına görə, "TeliaSonera"nın satışdan xalis gəliri 65 milyon İsveç kronu azalıb (887 milyon SEK-dən 822 milyon SEK-dək).

Əldə edilənlər istisna olmaqla yerli valyutada xalis satış həcmi 8,3 faiz azalıb. Qeyd edilən dövrdə şirkətin aşağı gəlirləri rabitə xidmətlərinə görə tariflərin azalması, həmçinin mobil nömrələrin daşınması xidmətinin (MNP) tətbqindən sonra (fevral) bazarda rəqabətin sərtləşməsi ilə izah edilir.

Şirkətin Azərbaycanda faizləri, vergiləri və amortizasiya ayırmaları (EBITDA marja) ödəməzdən öncə mənfəətinin həcmi 51-dən 52,8 faizədək artıb ki, bu da ümmi mənfəətin artması və marketinq xərclərinin azalması ilə əsaslanır.

"Fintur Holdings B. V" şirkətində 74 faizə sahib olan "TeliaSonera"nın "Azerecell" şirkətində iştirak payı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti