...

Bakcell futbol həvəskarlarına əyləncəli onlayn oyun təqdim edir

Telekommunikasiya Materials 23 May 2014 10:16 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti futbol həvəskarlarına əyləncəli onlayn oyun təqdim edir.
Bakcell futbol həvəskarlarına əyləncəli onlayn oyun təqdim edir

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti futbol həvəskarlarına əyləncəli onlayn oyun təqdim edir. Istənilən operatorun abunəçisi bu pulsuz onlayn oyuna qatılmaqla dünya çempionatında iştirak edən müxtəlif komandaların oyunçularından ibarət komanda yığır və virtual həyatda onun həm baş məşqçisi, həm baş direktoru, həm də meneceri olur.

Bu oyunun ən uğurlu istifadəçilərini müxtəlif hədiyyələr gözləyir:
• Mançesterə 2 nəfərlik pulsuz səfər etmək imkanı;
• iPad + Sür@ İnternet SİM kartı + 3 GB İnternet paket;
• Bakcell smartfonu + Klass nömrə;
• Mançester Yunayted futbol klubunun futbolkası.

Oyuna qatılmaq üçün www.ffworldcup.bakcell.com saytında pulsuz qeydiyyatdan keçərək şəxsi profil yaratmaq lazımdır. Bundan sonra dünya çempionatında iştirak edən müxtəlif oyunçuları seçməklə istifadəçi öz fərdi komandasını yaradır. İstifadəçi dünya çempionatının matçlarını izləyir və komandasında olan oyunçuların ona qazandırdığı xallar və uğurların sahibi olur.

Qeyd
• 18 yaşına çatmış istənilən mobil operatorun abunəçisi bu xidmətdən istifadə edə bilərlər;
• Kampaniyanın müddəti : 12.06.2014 - 13.07.2014;
• Qeydiyyatdan keçmək üçün istifadəçi öz şəxsi mobil telefon nömrəsindən istifadə edərək aktivləşdirmə kodunu əldə edir;
• Istənilən mobil cihaz və əməliyyat sistemi bu oyunu dəstəkləyir;
• Daha ətraflı məlumatı www.ffworldcup.bakcell.com saytından əldə etmək olar.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti