...

Qasırğa Gürcüstanın qərbində rayon mərkəzinə ciddi ziyan vurub

Dünya xəbərləri Materials 19 Avqust 2009 17:59 (UTC +04:00)
Qasırğa Gürcüstanın qərbində Abaşa rayon mərkəzinin sakinlərinə ciddi ziyan vurub. Güclü külək təxminən 50 evin damını zədələyib, ağacları kökündən qoparıb.
Qasırğa Gürcüstanın qərbində rayon mərkəzinə ciddi ziyan vurub

Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirsxaliya /

Qasırğa Gürcüstanın qərbində Abaşa rayon mərkəzinin sakinlərinə ciddi ziyan vurub. Güclü külək təxminən 50 evin damını zədələyib, ağacları kökündən qoparıb.

Elektrik xətlərinin sıradan çıxması səbəbindən rayon tamamilə işıqsız qalıb. Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xüsusi briqada işləyir.

Zərərin dəyərini hesablamaq üçün xüsusi komissiya yaradılıb. Səhər saatlarından Sameqrelo-Zemo Svaneti qubernatoru Zaza Qoroziya Abaşadadır.

Son aylarda Qərbi Gürcüstanda qasırğa tez-tez baş verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti