...

Ərəb aviaşirkəti Tbilisi-Abu-Dabi marşrutu üzrə uçuşlara başlayır

Dünya xəbərləri Materials 2 Oktyabr 2014 08:46 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti Tbilisi-Abu-Dabi marşrutu üzrə uçuşlara başlayır.
Ərəb aviaşirkəti Tbilisi-Abu-Dabi marşrutu üzrə uçuşlara başlayır

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirtsxalia /

Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti Tbilisi-Abu-Dabi marşrutu üzrə uçuşlara başlayır. İlk reys oktyabrın 2-də Etihad Airways şirkəti tərəfindən həyata keçiriləcək. Uçuşlar A-320 aerobuslarla bazar ertəsi, cümə və bazar günləri həyata keçiriləcək.

Şirkətinin prezidenti Ceyms Hoqanın bildirdiyinə görə, Qafqaz regionu üzrə fəallaşma Birləşmiş Ərəb Əmirlikləri və Orta Şərq ölkələrinin bu regiona artan kommersiya marağı, həmçinin turizm ilə bağlıdır.

"Etihad Airways şaddır ki, bizim qlobal şəbəkəmizə tezliklə Tbilisi də qoşulacaq. Biz əminik ki, bununla BƏƏ və Gürcüstan arasında biznes və mədəni əlaqələr fəallaşacaq", -Hoqan deyib.

Şirkətdə bildiriblər ki, Əbu-Dabi vasitəsilə Hindistana, həmçinin Asiya və Şimali Amerika ölkələrinə də uçmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti