...

Ebola qorxusu Tbilisidə sərnişinləri bir-birinə qatdı

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 12:54 (UTC +04:00)
Tbilisidə bələdiyyə avtobusunun təşvişə düşmüş sərnişinləri qaradərili sərnişini avtobusdan itələyib küçəyə atıblar.
Ebola qorxusu Tbilisidə sərnişinləri bir-birinə qatdı

Gürcüstan, Tbilisi, 23 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Tbilisidə bələdiyyə avtobusunun təşvişə düşmüş sərnişinləri qaradərili sərnişini avtobusdan itələyib küçəyə atıblar.

Trend xəbər verir ki, hadisənin şahidi olmuş yazıçı Lela Kodolaşvili sosial şəbəkədəki səhifəsində yazır ki, buna sərnişinlərin Ebola virusu ilə bağlı təşvişi səbəb olub.

Onun sözlərinə görə, sərnişin qışqıraraq fransız olduğunu desə də, bu, heç bir nəticə verməyib.

Bir müddət əvvəl Gürcüstanın səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bəyan edib ki, Gürcüstanda Ebola virusunun yayılması ilə bağlı heç bir təhlükə yoxdur: "Bir fakt belə qeydə alınmayıb, biz Afrikadan gələn bütün əcnəbiləri izləyirik, odur ki, heç bir təhlükə yoxdur".

Hazırda Afrikadan gəlmiş bir neçə şəxs gürcü həkimlərin müşahidəsi altındadır. Xəstəliyin 21 gün davam edən inkubasiya dövrü başa çatdıqdan sonra onların üzərindən nəzarət götürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti