...

"Mançester Yunayted"in baş məşqçisinə bir həftə vaxt verilib

Dünya xəbərləri Materials 18 Mart 2014 13:22 (UTC +04:00)
"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Devid Moyesin istefası barədə ciddi şəkildə düşünüb. Müəyyənləşdirici isə komandanın gələn həftədəki nəticələri olacaq.
"Mançester Yunayted"in baş məşqçisinə bir həftə vaxt verilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Devid Moyesin istefası barədə ciddi şəkildə düşünüb. Müəyyənləşdirici isə komandanın gələn həftədəki nəticələri olacaq. Trend-in məlumatına görə, bu barədə Britaniyanın ESPN xidməti komandadakı mənbəyə istinadən məlumat verib.

7 gün ərzində komanda ölkə çempionatında iki görüş keçirəcək - 22 martda "Vest Hem" və 25 martda "Mançester Siti" ilə. Eləcə də çərşənbə günü Çempionlar Liqasının 1/8 mərhələsinin cavab qarşılaşması - Yunanıstanın "Olimpiakos" komandası ilə matç baş tutacaq. İlk oyunda Moyesin komandası 0:2 hesabı ilə uduzub.

Ölkə çempionatında "qırmızı şeytanlar" 12 xalla 7-ci yerdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti