...

Kerri Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib

Dünya xəbərləri Materials 17 Aprel 2014 05:16 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Cenevrəyə gəlib, orada Ukrayna üzrə cümə axşamı dördtərəfli danışıqlar keçirilməlidir.
Kerri Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Cenevrəyə gəlib, orada Ukrayna üzrə cümə axşamı dördtərəfli danışıqlar keçirilməlidir. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Ukrayna daxili siyasi böhranın həlli üzrə Aİ, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin dördtərəfli görüşün keçirilməsi cümə axşamı, aprelin 17-də Cenevrədə planlaşdırılır. RF XİN rəhbəri bundan öncə bildirib ki, gərginliyin aradan qaldırılması, qanunsuz birləşmələrin tərksilahı və konstitusiya islahatları məsələləri razılaşdırılmış gündəliyə daxildir.

Çərşənbə günü RF XİN rəhbərinin müavini Qriqori Karasin bildirib ki, Rusiya nümayəndə heyəti nəzərdə tutulan görüşdə iştirak etməyə hazırlaşır, lakin əlavə edib ki, Rusiya tərəfi o halda iştirak edəcək ki, əgər "bugünkü axşamda və bugünkü gecə ərzində Ukraynanın cənub-şərqində tamamilə heç nə baş verməsə".

Xəbər lenti

Xəbər lenti