...

Ukrayna DİN: Mariupolda atışma zamanı üç nəfər ölüb, 13-ü yaralanıb

Dünya xəbərləri Materials 17 Aprel 2014 11:21 (UTC +04:00)
Ötən gecə Mariupolda hərbi hissəyə hücum zamanı ilkin məlumatlara görə, hücum edənlərdən üçü həlak olub, 13 nəfər yaralanıb, 63 nəfər saxlanılıb.
Ukrayna DİN: Mariupolda atışma zamanı üç nəfər ölüb, 13-ü yaralanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ötən gecə Mariupolda hərbi hissəyə hücum zamanı ilkin məlumatlara görə, hücum edənlərdən üçü həlak olub, 13 nəfər yaralanıb, 63 nəfər saxlanılıb. Bu barədə özünün Facebook səhifəsində ölkənin daxili işlər naziri səlahiyyətlərinin icraçısı Arsen Avakov yazıb. Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

O yazıb: "Gecə Mariupolda Milli Qvardiyanın hərbi hissəsinə hücuma cavab olaraq DİN hissələri hücum edən 300 nəfərlik bandanın zərərsizləşdirilməsi üzrə əməliyyat keçiriblər".

Avakovun sözlərinə görə, hücum edənlər hərbi hissəyə yandırıcı fuqaslar və "Molotov kokteylləri" atandan və postlara atəş açdıqdan sonra Milli Qvardiyanın əsgərləri hücum edənlərə əvvəlcə xəbərdarlıq atəşi açıblar: "Xəbərdarlıqdan sonra isə Nizamnaməyə uyğun olaraq döyüş atəşi açılıb. DİN qulluqçuları arasında itki yoxdur. İlkin məlumatlara görə, hücum edən silahlılardan üçü öldürülüb, 13-ü yaralanıb, 63 nəfəri saxlanılıb. Onlardan silahlar, Rusiya operatorlarının rabitə vasitələri və telefonlar götürülüb. Saxlanılanların kimlikləri müəyyən edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti