...

Fəallar Donetskin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər

Dünya xəbərləri Materials 6 May 2014 13:59 (UTC +04:00)
Rusiyayönümlü aktivistlər Ukraynanın Donetsk vilayətinin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər.
Fəallar Donetskin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər

Azərbaycan, Bakı, 6 may /Trend/

Rusiyayönümlü fəallar Ukraynanın Donetsk vilayətinin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər. Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Debaltsevo ərazisindən Rusiyadan və əks istiqamətdə dəmiryol daşımaların böyük hissəsi keçir.

Rusiyayönümlü fəalların təzyiqi altında Şəhər Şurasının deputatları mayın 11-nə təyin edilmiş regionun statusu haqqında referendumu dəstəkləmək qərarına gəliblər.

Dinc yolla binanını ələ keçirənlər heç bir maneə ilə rastlaşmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti