...

İsrail və Suriya arasında danışıqlar ilkin şərtlər olmadan başlanılmalıdır – XİN rəhbəri (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 2 İyun 2009 14:59 (UTC +04:00)
İsrail və Suriya arasında danışıqlar ilkin şərtlər olmadan başlanılmalıdır – XİN rəhbəri (ƏLAVƏ EDİLİB)

İsrail Suriya ilə ilkin şərtlər olmadan, Yaxın Şərqdə regional sülh çərçivəsində danışıqların bərpa edilməsinə hazırdır, bazar ertəsi Moskvada İsrailin xarici işlər naziri Aviqdor Liberman Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilə birgə mətbuat konfransında bildirib, "Vesti" telekanalı məlumat verib.

"Biz Suriya ilə ilkin şərtlər olmadan, hətta sabah danışıqlara başlamağa hazırıq. Suriya tələb edir ki, İsrail danışıqlara başlayana qədər Holan yüksəkliklərini geri qaytarmağa və 1967-ci il sərhədlərinə çəkilməyə razı olsun", - Liberman jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsrail üçün ərəb ölkələri ilə sülh danışıqlarında ilkin şərtlərin olmaması vacibdir.

İsrail və Suriya arasında Türkiyənin vasitəçiliyi ilə danışıqlar İsrailin Qəza bölgəsində Fələstin hərəkatı "HƏMAS" üzvlərinə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamasından sonra, 2009-cu ilin yanvarında dayandırılıb.

İsrail xarici işlər nazirinin Suriyaya 1967-ci ildə işğal edilmiş Holan yüksəkliklərinin qaytarılmayacağı barədə bəyanatından sonra vəziyyət gərginləşib.

Suriya Prezidenti Başşar Əsəd bəyan edib ki, İsrailin Holan yüksəkliklərini qaytarmaq haqqında razılığı olmazsa, Dəməşq danışıqların bərpa edilməsinə razı deyil.

Fələstin-İsrail danışıqlarına gəldikdə Liberman bildirib ki,"Fələstin problemi ümumi regional məsələdir və onun həllində əvvəlki müqavilələr əsasında bütün ərəb ölkələrinin, o cümlədən İran körfəzi ölkələrinin iştirakı zəruridir.

İsrail XİN rəhbərinin sözlərinə görə, Qərb sahilində İsrailin məskunlaşma siyasəti sülh danışıqlarında problem deyil və "yəhudi məskənləşməsinin genişlənməsi təbii artımla bağlıdır".

"Təbii artım çərçivəsində baş verən hər bir şey danışıqlardan kənardadır", - Liberman deyib.

1967-ci ildə tutulmuş Qərb sahilinin 120-dən artıq məskunlaşma yerində 280 mindən artıq yəhudi yaşayır. Beynəlxalq hüquqa əsasən işğal edilmiş ərazilər siyahısında olan Şərqi Qüdsdə 200 min yəhudi yaşayır.

Xəbər lenti

Xəbər lenti