...

Ümumdünya Vəhşi Təbiət Fondu: Son 40 ildə vəhşi heyvanların sayı iki dəfə azalıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2014 14:13 (UTC +04:00)
Son 40 il ərzində vəhşi heyvanların sayı 2 dəfə azalıb. Trend xəbər verir ki, bu barədə “İnterfaks” Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) “Canlı planet” adlı məruzəsinə istinadən məlumat verir.
Ümumdünya Vəhşi Təbiət Fondu: Son 40 ildə vəhşi heyvanların sayı iki dəfə azalıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Son 40 il ərzində vəhşi heyvanların sayı 2 dəfə azalıb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) "Canlı planet" adlı məruzəsinə istinadən məlumat verir.

Fondun Rusiya şöbəsinin məlumatında deyilir ki, məruzə Yerin "sağlamlığı"nı iki əsas göstərici üzrə ölçür: canlı planet və ekoloji mühit.

Heyvanların müdafiəçiləri deyirlər: "Canlı planet indeksi məməlilərin, quşların, sürünənlərin, suda-quruda yaşayanların və balıqların 10 mindən çox nümayəndəsinin sayını əks etdirir. 1970-ci ildən 2010-cu ilə qədər o, 52 faiz - iki dəfədən çox azalıb. Daha çox - 76 faiz şirin sularda yaşayan növlərin sayı azalıb. Bu, su (39 faiz) və qurudakı (39 faiz) növlər üçün azalmanın tempini əhəmiyyətli dərəcədə ötür".

Dünya regionlarında ən pis vəziyyət Cənubi Amerikada yaranıb. Orada azalma 83 faiz təşkil edir. Onun ardınca azacıq fərqlə (67 faiz) Asiya-Sakit okean regionu gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti