...

Ottavada öldürülən əsgər tanınıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 02:56 (UTC +04:00)
Ottava şəhərinin mərkəzində çərşənbə günü qətlə yetirilən fəxri qarovul bölüyünün əsgəri 24 yaşlı kapral Natan Serillo idi.
Ottavada öldürülən əsgər tanınıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Ottava şəhərinin mərkəzində çərşənbə günü qətlə yetirilən fəxri qarovul bölüyünün əsgəri 24 yaşlı kapral Natan Serillo idi. Trend TASS agentliyinə istinadən bu barədə şəhər polisi məlumat verir.

Həlak olmuş Hamilton şəhərində (Ontario əyaləti) anadan olub.

Polisin məlumatına görə, çərşənbə günü səhər saat 09:30 radələrində əlində tüfəng olan və qara paltara geyinmiş kişi Birinci dünya müharibəsi illərində həlak olmuş kanadalıların Memorialı önündə növbə çəkmiş Serillonu güllələyib, bundan sonra ölkə parlamenti istiqamətinə qaçıb.

Daha sonra o, asayiş keşikçiləri tərəfindən güllələnib. CBC telekanalının məlumatına görə, atəş açan şəxs - 1982-ci il təvəllüdlü, Kanada vətəndaşı Maykl Zexav-Bibo olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti