...

Polis parlamentin binası istisna olmaqla Kanada paytaxtının mərkəzində mühasirəni götürdü

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 07:52 (UTC +04:00)
Ölkənin qanunvericilik orqanı yerləşən Parlament təpəsinin ətrafında olan zona istisna olmaqla Kanada paytaxtının mərkəzində çərşənbə günü mühasirə götürülüb.
Polis parlamentin binası istisna olmaqla Kanada paytaxtının mərkəzində mühasirəni götürdü

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Ölkənin qanunvericilik orqanı yerləşən Parlament təpəsinin ətrafında olan zona istisna olmaqla Kanada paytaxtının mərkəzində çərşənbə günü mühasirə götürülüb. Trend TASS agentliyinə istinadən bu barədə şəhər polisi xəbər verir.

"Davam edən istintaq müəyyən edib ki, mərkəzdə ictimai təhlükəsizliyə təhdid daha yoxdur. Lakin polis əməliyyatı Parlament təpəsində davam edir. Bu zona kütlə üçün bağlı qalır", - Ottava polisi dəqiqləşdirib.

Xəbər lenti

Xəbər lenti