...

RF Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üçün şərait yarada biləcəyinə ümid edir - XİN

Dünya xəbərləri Materials 23 Aprel 2010 19:59 (UTC +04:00)
RF ümid edir ki, Türkiyə və Ermənistan yaranan çətin vəziyyəti aradan qaldırmağa nail olacaq və bütün region dövlətlərinin maraqlı olduğu münasibətlərin böyük miqyasda normallaşdırılması üçün şərait yarada biləcək.
RF Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üçün şərait yarada biləcəyinə ümid edir - XİN

RF ümid edir ki, Türkiyə və Ermənistan yaranan çətin vəziyyəti aradan qaldırmağa nail olacaq və bütün region dövlətlərinin maraqlı olduğu münasibətlərin böyük miqyasda normallaşdırılması üçün şərait yarada biləcək. Bunu RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko deyib. Məlumatı nazirliyin saytı yayıb.

"Təsdiq edirik ki, hazırkı mərhələdə Türkiyə və Ermənistan iki qonşu olkə arasında münasibətlərin bərba olunmasına şərait yaradan nəticələr əldə edə, Cənubi Qafqazda siyasi atmosferi yaxşılaşdıra, bu regionda stabiliyin möhkəmlənməsi üçün ilkin şərtlər yarada bilməyib", - məlumatda deyilir.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Prezident Sarkisyanın xalqa müraciətində deyilir ki, Ermənistan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırması prosesindən hələ ki çıxmamaq, sadəcə protokolların ratifikasiyası prosesini dayandırmaq haqqında qərar qəbul edib. Ermənistan Prezidentinin sözlərinə görə, "bunu milli maraqlar tələb edir".

Xəbər lenti

Xəbər lenti