...

Sergey Lavrov: Moskva Ukraynada vəziyyətin nizamlanması üçün vasitəçi olmağa hazırdır

Dünya xəbərləri Materials 21 Yanvar 2014 13:59 (UTC +04:00)
Rəsmi Moskva Ukraynada qarşı duran tərəflər arasında vasitəçi qismində çıxış etməyə hazırdır.
Sergey Lavrov: Moskva Ukraynada vəziyyətin nizamlanması üçün vasitəçi olmağa hazırdır

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Rəsmi Moskva Ukraynada qarşı duran tərəflər arasında vasitəçi qismində çıxış etməyə hazırdır.

Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bunun üçün hər iki tərəfin xahişi olmalıdır, lakin hələ belə bir bildiriş yoxdur.

Bununla belə, nazirin fikrincə, hər iki tərəfin belə köməyə ehtiyac yoxdur.

Qeyd edək ki, noyabrın 19-dan Kiyevdə müxalifətin radikal qrupları və hüquq-mühafizə orqanları arasında toqquşmalar gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti