...

Putin: Ukraynanın şərqində rusiyalı hərbçilər yoxdur (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 17 Aprel 2014 13:25 (UTC +04:00)
Ukraynanın şərqində Rusiyanın heç bir hərbi hissəsi yoxdur, təlimatçılar da yoxdur.
Putin: Ukraynanın şərqində rusiyalı hərbçilər yoxdur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ukraynanın şərqində Rusiyanın heç bir hərbi hissəsi yoxdur, təlimatçılar da yoxdur. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putin "birbaşa xətt" zamanı bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Putin Qərbin və Kiyevin guya Ukraynanın şərqində Rusiya qoşunları hissələrinin və RF-dən təlimatçıların olması barədə bəyanatlarını cəfəngiyyat adlandırıb: "Bunların hamısı cəfəngiyyatdır. Ukraynanın şərqində heç bir Rusiya hərbi hissəsi yoxdur. Heç bir xüsusi xidmət, heç bir təlimatçı yoxdur. Və bunun ən yaxşı sübutu odur ki, insanlar sözün əsl mənasında maskalarını çıxardılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti