...

Rusiya Prezidenti: Dnestryanının blokadasını dərhal aradan qaldırmaq lazımdır

Dünya xəbərləri Materials 17 Aprel 2014 15:05 (UTC +04:00)
Dnestryanının blokadasını dərhal aradan qaldırmaq lazımdır. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putin "birbaşa xətt" zamanı bəyan edib.
Rusiya Prezidenti: Dnestryanının blokadasını dərhal aradan qaldırmaq lazımdır

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Dnestryanının blokadasını dərhal aradan qaldırmaq lazımdır. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putin "birbaşa xətt" zamanı bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Putin deyib: "Son nəticədə mən buradan çıxış edirəm, neqativ nəticələrini Dnestryanıda yaşayan insanların həm Moldova və kənardan, yeri gəlmişkən, Ukrayna tərəfdən hiss etdikləri blokadanı dərhal aradan qaldırmaq lazımdır. Dnestryanı və Ukrayna sərhədi arasında millətçilərin silahlı qruplaşmaları toplaşıb və bu vəziyyət şübhəsiz ki, dayandırılmalıdır. Lakin son nəticədə adamlara öz talelərini özləri həll etmələrinə icazə verilməlidir. Biz bunun üzərində öz tərəfdaşlarımızla işləyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti