...

MDB ölkələri HHM sisteminin məşqində 100-dən çox döyüş təyyarəsi iştirak edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2014 13:17 (UTC +04:00)
MDB-nin Hava Hücumundan Müdafiə Birləşdirilmiş Sisteminin təlimləri çərçivəsində MDB ölkələrinin Silahlı Qüvvələrinin 80-dən çox təyyarə və helikopteri bir neçə Rusiya bombardmançısını ələ keçirmək üçün havaya qaldırılıb.
MDB ölkələri HHM sisteminin məşqində 100-dən çox döyüş təyyarəsi iştirak edib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

MDB-nin Hava Hücumundan Müdafiə Birləşdirilmiş Sisteminin təlimləri çərçivəsində MDB ölkələrinin Silahlı Qüvvələrinin 80-dən çox təyyarə və helikopteri bir neçə Rusiya bombardmançısını ələ keçirmək üçün havaya qaldırılıb. Trend xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

MDB-nin yeddi ölkəsinin Hava Hücumundan Müdafiə Birləşdirilmiş Sisteminin məşqi bu səhər başlayıb. Ona təxminən 100 döyüş təyyarəsi və müxtəlif səviyyəli 130-dan artıq komanda məntəqəsi və idarəetmə məntəqəsi cəlb edilib. Bütün Hava Hücumundan Müdafiə qüvvələri və vasitələrini isə Moskva ətrafındakı Rusiya Federasiyası Hava-Kosmik Müdafiə Qoşunlarının İdarəetmə Mərkəzi idarə edir.

Məlumatda deyilir: "Ümumilikdə havaya MDB ölkələrinin Silahlı Qüvvələrinin 80-dən çox təyyarə və helikopteri qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti