...

"Total" prezidentinin ölümündə şübhəli bilinən sürücü həbs edildi

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 14:48 (UTC +04:00)
Moskvanın Basman məhkəməsi Fransanın "Total" şirkətinin prezidentinin təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkonun həbsinə icazə verib.
"Total" prezidentinin ölümündə şübhəli bilinən sürücü həbs edildi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Moskvanın Basman məhkəməsi Fransanın "Total" şirkətinin prezidentinin təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkonun həbsinə icazə verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti məhkəmə zalından xəbər verir.

Qeyd edək ki, oktyabrın 20-dən 21-nə keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - şirkətin prezidenti Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti