...

Moskvada avtomobil dayanacağın dördüncü mərtəbəsindən aşıb, dörd nəfər ölüb

Hadisə Materials 31 Oktyabr 2014 01:09 (UTC +04:00)
Moskva vilayətinin Lyubertsı şəhərində avtomobil dayanacağın dördüncü mərtəbəsindən aşıb, dörd nəfər ölüb.
Moskvada avtomobil dayanacağın dördüncü mərtəbəsindən aşıb, dörd nəfər ölüb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Moskva vilayətinin Lyubertsı şəhərində avtomobil dayanacağın dördüncü mərtəbəsindən aşıb, dörd nəfər ölüb. Trend TASS agentliyinə istinadən bu barədə Moskva vilayətinin polis mətbuat xidməti xəbər verir.

"Hadisə saat 21:00 radələrində "Viraj" avtoparkinq kompleksində baş verib. Dörd gənc Toyota avtomobili ilə hasarı qıraraq 4-cü mərtəbədən aşıblar. Üç nəfər hadisə yerində həlak olub, daha bir nəfər xəstəxanaya çatdırılması zamanı ölüb", - mətbuat xidmətindən deyiblər.

Hadisə yerində müstəntiqlər və Yol Patrul Xidmətinin əməkdaşları işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti