...

Obama Ottavadakı atışma hadisəsi barədə məlumatlandırılıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2014 23:45 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama Ottavadakı atışma hadisəsi barədə məlumatlandırılıb və yaxın vaxtlarda, Kanadanın baş naziri ilə aralarında telefon danışığı baş tuta bilər.
Obama Ottavadakı atışma hadisəsi barədə məlumatlandırılıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

ABŞ prezidenti Barak Obama Ottavadakı atışma hadisəsi barədə məlumatlandırılıb və yaxın vaxtlarda, Kanadanın baş naziri ilə aralarında telefon danışığı baş tuta bilər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ağ evin nümayəndəsi Co Ernest bildirib.

"Prezidentə məlumat verilib", - Ernest bildirib. Onun sözlərinə görə, Obama Kanadanın baş naziri Stiven Harperlə ABŞ tərəfindən mümkün yardımın göstərilməsini müzakirə etmək üçün bu yaxınlarda telefon danışığı apara bilər. Onun sözlərinə görə, ABŞ hakimiyyəti öz kanadalı həmkarları ilə əlaqə saxlayırlar.

O, qeyd edib ki, "Kanada ABŞ-ın yaxın dostlarından və müttəfiqlərindən biridir" və Vaşinqton Ottavada hadisə ilə bağlı bütün insanlara hüsn-rəğbətini bildirir.

Ernest bəyan edib ki, ABŞ hələlik hadisə ilə bağlı "nəticə çıxarmır". "Biz hələ araşdırmanın ilkin mərhələsindəyik", - o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti