...

Ağ evin ərazisinə naməlum şəxs girmək istəyib

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 06:31 (UTC +04:00)
ABŞ-da Ağ evin ərazisinə növbəti icazəsiz daxil olma cəhdinin qarşısı alınıb.
Ağ evin ərazisinə naməlum şəxs girmək istəyib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

ABŞ-da Ağ evin ərazisinə növbəti icazəsiz daxil olma cəhdinin qarşısı alınıb. Naməlum şəxs ABŞ prezidentinin işçi iqamətgahının şimal tərəfdən hasarı aşıb. Trend TASS agentliyinə istinadən bu barədə ABŞ Xüsusi xidməti xəbər verir.

Gözətçi itlər ona hücum edib və sonra onu mühafizə xidməti saxlayıb.

Araşdırma başlayıb, kənar şəxslərin əraziyə girişi bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti