...

Arizonada yanğın səbəbindən otel müştəriləri təcili təxliyə edilib

Dünya xəbərləri Materials 26 Oktyabr 2014 01:01 (UTC +04:00)
Finiks (Arizona ştatı) şəhərində Sheraton otelinin elektrik şəbəkələrində yaranmış qısaqapanma səbəbindən və bununla nəticələnən yanğınla əlaqədar müştərilər təcili təxliyə ediliblər.
Arizonada yanğın səbəbindən otel müştəriləri təcili təxliyə edilib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Finiks (Arizona ştatı) şəhərində Sheraton otelinin elektrik şəbəkələrində yaranmış qısaqapanma səbəbindən və bununla nəticələnən yanğınla əlaqədar müştərilər təcili təxliyə ediliblər. Trend TASS agentliyinə istinadən bu barədə Fox 10 telekanalı xəbər verir.

Finiks şəhərinin yanğınsöndürmə departamentinin məlumatına görə, 100 nəfərdən artıq yanğınsöndürən alovla mübarizə aparır. Xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerində yanğınsöndürmə hissələri və polis işləyir. Şahidlər bildiriblər ki, partlayışlara oxşayan səslər eşidilib.

Xəbər lenti

Xəbər lenti