...

Əcnəbilərin gözü ilə: "Birinci Avropa Oyunları Azərbaycanın inkişafını sürətləndirəcək"

Baku 2015 : EUROGAMES Materials 1 May 2015 12:36 (UTC +04:00)
Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Elmira Tarıverdiyeva/ Birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə həyatı sürətləndirəcək.
Əcnəbilərin gözü ilə: "Birinci Avropa Oyunları Azərbaycanın inkişafını sürətləndirəcək"

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Elmira Tarıverdiyeva/

Birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə həyatı sürətləndirəcək.

Bunu Trend-ə açıqlamasında ADA Universitetinin Yaponiyadan olan tələbəsi Yoşito Katanoda bildirib.

"Bakının Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi münasibəti ilə təbrik etmək istərdim", - deyə yaponiyalı tələbə bildirib.

Onun fikrincə, Birinci Avropa Oyunları sağlam həyat tərzinin və idmanın köməyi ilə qarşılıqlı anlaşmanın güclənməsini təbliğ edəcək: "Ümid edirəm ki, Birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə inkişafı sürətləndirəcək".

Qeyd edək ki, "Bakı-2015" Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti