...

Əcnəbinin gözü ilə: "İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq"

Baku 2015 : EUROGAMES Materials 3 May 2015 10:00 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq”. Bu barədə Trend-ə “Bütün Avropa Akademiyaları” Təşkilatının (All European Academies) professoru Juri Engelbreçt deyib.
Əcnəbinin gözü ilə: "İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq"

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq". Bu barədə Trend-ə "Bütün Avropa Akademiyaları" Təşkilatının (All European Academies) professoru Juri Engelbreçt deyib.

O bildirib ki, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq:

"Məlum olduğu kimi Oyunlarda 6 minə qədər idmançı iştirak edəcək. Təbii ki, idmançlarla yanaşı on minlərlə azarkeş də Azərbaycana gələcək. Bu insanlar burada Azərbaycan haqqında geniş məlumat əldə edəcəklər və öz ölkələrinə qayıdanda bütün bunları yaxınlarına, dostlarına danışacaqlar. Təbii ki, bütün bunlar Azərbaycana turist marağını artıracaq, ölkə iqtisadiyyatı bundan xeyli fayda götürəcək".

J.Engelbreçt vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük bir töhfə vermiş olur:

"Bu cür beynəlxalq tədbirlər çox alqışlanır. Çünki bu, insanları bir araya gətirən tədbirdir. İdman da musiqi kimi ümumi bir dildir və bütün insanlar burada bir birini başa düşür, onlar arasında dostluq yaranır. Belə tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana həm təbriklərimi, həm də təşəkkürlərimi çatdırırıram".

Xəbər lenti

Xəbər lenti