...

Əcnəbinin gözü ilə: "I Avropa Oyunları Azərbaycanın təşkilatçılıq qabiliyyətini göstərmək üçün əla fürsətdir "

Baku 2015 : EUROGAMES Materials 4 May 2015 11:23 (UTC +04:00)
Birinci Avropa Oyunları Azərbaycanın öz təşkilatçılıq qabiliyyətini nümayiş üçün əla fürsətdir
Əcnəbinin gözü ilə: "I Avropa Oyunları Azərbaycanın təşkilatçılıq qabiliyyətini göstərmək üçün əla fürsətdir "

Azərbaycan, Bakı, 4 May /Trend, müxbir Elmira Tariverdiyeva/

Birinci Avropa Oyunları Azərbaycanın öz təşkilatçılıq qabiliyyətini nümayiş üçün əla fürsətdir. Bu barədə Trend-ə Böyük Britaniyada BP şirkətinin əməkdaşı Patrik Smit bildirib.

Smit deyib: "Düşünürəm ki, Birinci Avropa Oyunları Azərbaycan üçün öz təşkilatçılıq qabiliyyətini, əfsanəvi qonaqpərvərliyini və ümumilikdə nəyə qadir olduğunu nümayiş etdirmək üçün əla fürsət olacaq".

Onun sözlərinə görə, Birinci Avropa Oyunları ölkəyə turistlərin cəlb olunmasında rol oynayacaq.

Smit ümid edir ki, Birinci Avropa Oyunlarının tamaşaçıları Azərbaycanın mədəniyyəti və tarixi abidələri ilə yaxından tanış olacaq, ölkənin gəzməli yerlərini görmək üçün rayonları ziyarət edəcəklər.

Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının tamaşaçıları vətənlərinə qayıtdıqdan sonra onların ölkəmizlə bağlı fikirləri Azərbaycana daha çox turistin gəlməsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti