...

I Avropa Oyunlarının məşəli Sabirabadda alovlandırıldı (FOTO,VİDEO)

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 00:37 (UTC +04:00)
Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib.
I Avropa Oyunlarının məşəli Sabirabadda alovlandırıldı (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib.

Trend-in məlumatına görə, şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb.

Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.

3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətirdilər.

Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimindən sonra Sabirabadda möhtəşəm Alov festivalı keçirildi.

Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaratdı.

Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti