...

Birinci Avropa Oyunları ilə bağlı Bakıda yürüş keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 11 May 2015 11:26 (UTC +04:00)
Bu gün Birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşü keçirililib.
Birinci Avropa Oyunları ilə bağlı Bakıda yürüş keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Birinci Avropa Oyunları "Alovqoruyanları"nın yürüşü keçirililib.

Trend-in məlumatına görə, könüllülərin qatıldığı yürüş Dəniz Vağzalının ətrafından start götürərək Yeni Bulvardaki karuselin (Yeni "Chertovo Koleso") yanında başa çatıb.

İlk yeri tutan könüllüyə kubok və I Avropa Oyunlarının açılış mərsiminə biletlər, ikinci və üçüncü yerin sahiblərinə isə kubok və "Nar Mobile" şirkətindən qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra könüllülər arasında müxtəlif viktorinalar keçirilib və tədbir müsiqi sədaları ilə davam edib.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamentinin mütəxəssisi Vüsal Bəkirov qeyd edib ki, bu yürüş könüllülər üçün təşkil edilən son tədbirdir. Onun sözlərinə görə, yürüşün məqsədi könüllərin və ölkəmizin Birinci Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Mütəxəssis, yürüşə böyük maraq olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti