...

Bakı günü sabah Avropa Oyunlarını keçirməyə hazırdır - Aleksandr Qusyatnikov

Baku 2015 : EUROGAMES Materials 11 May 2015 15:07 (UTC +04:00)
Rusiyalı mütəxəssis ardıcıl 4-cü dəfə keçirilən “Tour d’Azerbaidjan” yarışının təşkilatçılığından razılığını ifadə edib.
Bakı günü sabah Avropa Oyunlarını keçirməyə hazırdır - Aleksandr Qusyatnikov

Azərbaycan, Bakı, 11 may /Trend/

"Tour d'Azerbaidjan-2015"də təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarışın son mərhələsinin marşrutu Avropa Oyunlarına hazırlıq xarakteri daşıdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, Bakı günü sabah qitənin ilk Oyunlarını keçirməyə tam hazırdır". Bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov yarışdan sonra təşkil edilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis ardıcıl 4-cü dəfə keçirilən "Tour d'Azerbaidjan" yarışının təşkilatçılığından razılığını ifadə edib. Onun sözlərinə görə, hər şey çox yüksək səviyyədə keçib: "Komandanız "Synergy Baku" da çox uğurla çıxış etdi və çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, "Tour d'Azerbaidjan" daha nüfuzlu yarışlar arasına girə biləcək".

Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də Təşkilat Komitəsinə təşəkkür edib. O vurğulayıb ki, gördüklərinə yaxşı mənada təəccüblənib: "Hər şey çox yüksək səviyyədədir. 4-cü ildir bu yarış keçirilir və görürük ki, ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda bütün şərait var. Yollar gözəldir, otellər əladır. Heç məşhur "Tour de France" yarışında komandalar belə yüksək səviyyəli otellərdə qalmırlar. Eyni zamanda, iştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. 5-ci mərhələ barədə deyə bilərəm ki, Avropa Oyunları üçün ideal marşrutdur. Bu yarışda da bizi çox gərgin mübarizə gözləyir. Çünki Oyunlarda qitənin ən güclüləri yarışacaq".

Xəbər lenti

Xəbər lenti