...

Çexiya Olimpiya Komitəsi: Avropa Oyunlarının nəticələri növbəti belə yarışlar üçün çox vacibdir

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 21:00 (UTC +04:00)
Bakıda keçiriləcək Avropa Oyunları qitədə ilk belə tədbir olacaq, buna görə də bu Oyunlar Avropa üçün çox vacibdir.
Çexiya Olimpiya Komitəsi: Avropa Oyunlarının nəticələri növbəti belə yarışlar üçün çox vacibdir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Cəmilə Əliyeva/

Bakıda keçiriləcək Avropa Oyunları qitədə ilk belə tədbir olacaq, buna görə də bu Oyunlar Avropa üçün çox vacibdir. Bunu Trend-ə Çexiya Olimpiya Komitəsindən deyiblər.

Komitədən qeyd ediblər ki, Çexiyanın qarşıdakı Oyunlardan böyük gözləntiləri var: "Biz tədbirin möhtəşəm təşkil ediləcəyini gözləyirik. Təşkilatçılıq, işıqlandırma və marketinq uğuru baxımından Oyunların nəticələri növbəti belə yarışlar üçün çox vacibdir. Biz əminik ki, təşkilatçılar yarışların keçiriləcəyi bütün məkanları 100 faiz hazır vəziyyətə gətirəcəklər".

Komitədən əlavə ediblər ki, Çexiyanın ən yaxşı atletləri, o cümlədən Olimpiya Oyunlarının qalibləri tədbirdə iştirak edəcəklər: "Biz bır sıra yarışlarda uğur və medallar gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti