...

Bahar Muradova Avropa Oyunları zamanı yarışları ailəvi izləyəcək

Baku 2015 : EUROGAMES Materials 13 May 2015 19:04 (UTC +04:00)
"Bakıda keçiriləcək Avropa Oyunları zamanı ailə üzvləri ilə birlikdə bir neçə yarışı arenalardan birbaşa izləmək fikrindəyik".
Bahar Muradova Avropa Oyunları zamanı yarışları ailəvi izləyəcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

"Bakıda keçiriləcək Avropa Oyunları zamanı ailə üzvləri ilə birlikdə bir neçə yarışı arenalardan birbaşa izləmək fikrindəyik". Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker qeyd edib ki, o, ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak edəcək. Oyunlar zamanı hansı yarışları izləməyə gəlincə, bu barədə ailəvi üzvləri ilə birgə qərar veriləcək: "Məni, ümumiyyətlə, qadın voldeybolu daha çox maraqlandırır. Çalışacağam ki, yarışları arenadan izləyim. Ən azından onları televiziyadan mütləq izləməyə çalışacağam. Amma ailə üzvləri ilə birlikdə bir neçə yarışı arenalardan canlı izləmək fikrindəyik. Həmin yarışlar mənim maraqlandığım idman növləri yox, həyat yoldaşımın maraqlandığı idman növləri olacaq. Amma kompomis variant seçməyə, bir-birimizin maraqlarına uyğun hərəkət etməyə çalışacağıq. Lakin hələ də tam qərara gəlməmişik ki, hansı yarışlara billet alaq" (gülür).

Onun sözlərinə görə, Avropa Oyunları zamanı, ilk növbədə, Azərbaycana və Azərbaycanı təmsil edən idmançılara azarkeşlik edəcək: "Hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, kiməsə azarkeşlik edəcəyimi müəyyənləşdirməmişəm. Bəzilərinə bəlkə də qəribə gələ bilər, amma mən çox zaman yarışın başlandığı andan güclüyə azarkeşlik edirəm. Təbii ki, gözlənilən nəticələr ola bilər və güclü görünən sonda məğlub ola bilər. Amma hər halda mən güclünün qalib gəldiyini görəndə sevinirəm. Məndə milli-etnik baxımından tərəfkeşlik yoxdur. Lakin onlardan hər hansı biri Azərbaycanı təmsil edən idmançı və ya komanda ilə üzləşirsə, o zaman təbii ki, özümüzkülərə azarkeşlik edirəm".

İdmanın hansısa bir növü ilə peşəkar formada heç vaxt məşğul olmadığını deyən B.Muradova bildirib ki, sadəcə fiziki, gimnastik, sadə hərəkətlər edib: "Çünki işimizin xarakteri belədir ki, biz daha çox hərəkətsiz oluruq. Bu mənada müəyyən fiziki hərəkətlər, yüngülvari gimnastika edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti