...

Kanadalı ekspert: “İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır”

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 13:12 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün gözəl imkandır”. Bunu Trend-ə Kanadanın “İnter Action Council” təşkilatının baş katibi Tomas Aksvorsi deyib.
Kanadalı ekspert: “İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır”

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır". Bunu Trend-ə Kanadanın "İnter Action Council" təşkilatının baş katibi Tomas Aksvorsi deyib.

O bildirib ki, Azərbaycan bir çox istiqamətlərdə bu Oyunlardan uzunmüddətli faydalar götürəcək.

T.Aksvorsi vurğulayıb ki, ilk Avropa Oyunları idman tarixində bir yenilik olduğu üçün buna daha böyük diqqət göstəriləcək:

"Bundan əlavə Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək. O cümlədən, Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Dünyanın bir çox ölkələrində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək, Azərbaycana gəlmək istəyəcəklər ki, bu da ölkədə turizmin genişlənməsinə şərait yaradacaq".

T.Aksvorsi vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti