...

Bakı-2015 və "Tissot" ikinci şanslı qalibi elan edir

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 17:20 (UTC +04:00)
Bakı-2015 və rəsmi tərəfdaşı "Tissot" Tahirə Məcidovanı Avropa Oyunlarının ikinci şanslı qalibi elan etdi.
Bakı-2015 və "Tissot" ikinci şanslı qalibi elan edir

Azərbaycan, Bakı, 14 may /Trend/

Bakı-2015 və rəsmi tərəfdaşı "Tissot" Tahirə Məcidovanı Avropa Oyunlarının ikinci şanslı qalibi elan etdi. Tahirə Məcidovanın bilet nömrəsi təsadüfi püşkatma ilə seçilib və o, məşhur İsveç saat markasının hesabına xüsusi hazırlanmış göz qamaşdırıcı kişi və qadın saatı əldə etdi.

Bakı 2015-in Şanslı Qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi dəyərli hədiyyələr üzrə oynanılıb. Növbəti hədiyyələr P&G-dan ailə üçün illik məhsul tədarükü və Nar Mobile-dan ömürlük danışıq paketidir. Bütün Şanslı Qaliblər, həmçinin, Bakı 2015 ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə 2 nəfərlik VIP bilet əldə ediblər.

Şanslı qalib Tahirə Məcidova dedi: "Tissot şirkətinin təqdim etdiyi saatlar çox gözəldir və bu mötəbər tədbirdən yadigar qalan möhtəşəm suvenir olacaq. Hər dəfə bu saatları istifadə edərkən, Avropa Oyunlarının loqosunu təmsil edən rənglər sayəsində Bakı 2015-i xatırlayacayıq! Həm də, heç kimə hər gün arxasına adının həkk olunduğu saat hədiyyə etmirlər. Bu cəhət, bu saatları daha da xüsusi edir. Birinci Avropa Oyunlarının bir hissəsi olacağımız günü, xüsusilə də, açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirik".

Tissot-un prezidenti Fransua Tibo dedi: "Bakı 2015, tamamilə fərqli bir tədbir - tarixin ilk Avropa Oyunları olacaq və biz, xüsusi hazırlanmış "Tissot Quickster Baku" saatı vasitəsilə, Oyunları xanım Məcidova üçün unudulmaz xatirəyə çevirmək istədik. Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq, tədbirə göstərilən marağı artırmağa və onu Şanslı Qalibimiz üçün daha unudulmaz ana çevirməyə yardım etməyimizdən məmnunuq".

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: "Mən, Tissota Şanslı Qalib kampaniyasına verdikləri töhfəyə görə, təşəkkürümü bildirmək istərdim. Bu cür irimiqyaslı tədbir üçün sponsorlardan güclü dəstək almaq olduqca vacibdir və Tissot, Şanslı Qalib kampaniyasında iştirak etməklə, rəsmi tərəfdaş kimi öhdəsinə düşən vəzifəni icra etdiyini göstərdi. Həmçinin, mən, xanım Məcidovanı bu cür möhtəşəm hədiyyələr qazanması münasibətilə təbrik edirəm".

Avropa Oyunlarına biletləri əvvəlki kimi, baku2015.com saytında onlayn almaqla, qarşıdakı günlərdə Bakı 2015-in rəsmi tərəfdaşları P&G və Nar Mobile-dan dəyərli hədiyyələr qazanmaq hələ də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti