...

Mixail Qusman: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir

Baku 2015 : EUROGAMES Materials 15 May 2015 21:00 (UTC +04:00)
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi özlüyündə çox əhəmiyyətli faktdır, belə ki, Olimpiya Oyunlarından başqa Avropada belə ümumavropa idman yarışı heç vaxt keçirilməyib.
Mixail Qusman: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elmira Tariverdiyeva/

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi özlüyündə çox əhəmiyyətli faktdır, belə ki, Olimpiya Oyunlarından başqa Avropada belə ümumavropa idman yarışı heç vaxt keçirilməyib. Bu barədə Trend-ə TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.

M.Qusman qeyd edib: "Bir il əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə söhbət zamanı Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ona sual ünvanlamışdım. O da bunun əhəmiyyətli idman hadisəsi olduğunu qeyd etmişdi. Çünki artıq Avropanın da idman oyunları var".

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın ərizəsini dəstəkləyən AOK prezidenti Patrik Hikkinin təşəbbüsünü də qeyd etmək lazımdır: "İlk Oyunların harada keçirilməsi ilə bağlı məsələ ortaya çıxdıqda, mənə elə gəlir ki, seçimin Azərbaycan olmasına səbəb azərbaycanlı idmançıların müxtəlif idman növlərindəki nailiyyətləri və böyük beynəlxalq tədbirlər təşkil edə bilən ölkənin nüfuzu oldu".

Onun sözlərinə görə, belə Oyunların təşkil edilməsi çətin logistik, texniki və təşkilati məsələdir: "Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin rolunu qeyd etməmək olmaz. Bunu Oyunlara hazırlıq zamanı bütün ekspertlər və müşahidəçilər də bildirib".

M.Qusman hesab edir ki, birinci xanım sadəcə Təşkilat Komitəsinə rəhbərlik etmir, həmçinin hər bir detala, hər xırda işə diqqət yeririr: "Heç nə Təşkilat Komitəsinin diqqətindən kənarda qalmır. Fikrimcə, bu, Avropa Oyunlarının böyük uğurla keçiriləcəyinə zəmanət verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti