...

Banklara I Avropa Oyunları zamanı bankomat və POS-terminal şəbəkəsi ilə bağlı xüsusi tapşırıq verildi

Baku 2015 : EUROGAMES Materials 20 May 2015 10:44 (UTC +04:00)
Mərkəzi Bank bankomat və POS-terminal şəbəkəsinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı göstərişlər verib.
Banklara I Avropa Oyunları zamanı bankomat və POS-terminal şəbəkəsi ilə bağlı xüsusi tapşırıq verildi

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/

Mərkəzi Bank bankomat və POS-terminal şəbəkəsinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı göstərişlər verib.

I Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə cari ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunları zamanı ölkə ərazisində quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Mərkəzi Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ilk Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Həmçinin, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti