...

Çexiyada I Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 May 2015 14:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Çexiyada I Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev tədbir iştirakçıları qarşısında çıxış edərək, 1-ci Avropa Oyunları haqqında məlumat verib və bu idman tədbirinin ölkəmiz üçün olan önəmi haqqında danışıb.

Daha sonra çıxış edən Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından çıxış edən ÇOK-un mətbuat katibi Aleksandr Kliment çex idmançılarının 1-ci Avropa Oyunlarına hazırlıqları haqqında danışıb və Azərbaycanda keçiriləcək bu pyunlara çex idmançılarının güclü tərkibdə qatılacağını vurğulayıb.

Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, parlament üzvləri, Praqadakı diplomatik korpusun və kütləvi informsiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli icitimaiyytin nümayəndələri iştirak edib.

Tədbir zamanı Avropa Oyunlarına həsr edilmiş video klip nümayiş etdirilib, habelə qonaqların diqqətinə təbliğat materialları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti