...

Mirvari Qəhrəmanlı: Birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 15:22 (UTC +04:00)
Birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir. Bunlar hamısı gələcək nəsillərə qalacaq. Düşünürəm ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilməsi ənənəsi də bizə qalacaq.
Mirvari Qəhrəmanlı: Birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

"Birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir. Bunlar hamısı gələcək nəsillərə qalacaq. Düşünürəm ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilməsi ənənəsi də bizə qalacaq. Görürsünüz, beynəlxalq maliyyə institutları böyük tədbirlərini ölkəmizdə keçirir. Həm hökumət, həm ictimaiyyət, həm də vətəndaş cəmiyyəti elə etməlidir ki, ölkənin imici daha da artsın". Trend-in məlumatına görə, bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunlarına dair keçirilən "dəyirmi masa"da bildirib.

M.Qəhrəmanlı deyib ki, Azərbaycan kiçik bir ölkədir: "Azərbaycanın imicini də, dövlətçiliyini də qorumaq hər bir vətəndaşın borcudur, amma bu məsələdə biz vətəndaş cəmiyyətinin çiyninə daha böyük yük düşür".

Hüquq müdafiəçisi daha sonra əlavə edib: "Birinci Avropa Oyunları ilə bağlı qərar qəbul olundu, tikintilər başladı. Nə qədər insan işlə təmin olundu. Azərbaycana gələn turistlər Azərbaycan üçün gələcəkdə nə isə edə bilərlər. Düzdür, insan hüquqları sahəsində müəyyən problemlər var, amma Oyunları boykot etməklə, hökumətə təzyiq etməklə bu problemləri həll etmək qeyri-mümkündür. Düşünürəm ki, bu Oyunlar keçirilməlidir. Tikinti işləri daha da inkişaf etdirilməlidir. Çünki qarşıda başqa idman oyunları olacaq. "Eurovision" üçün yeni obyekt tikildi, indi görürsünüz ki, başqa məqsədlər üçün də istifadə olunur, hotellərdən istifadə olunur, Azərbaycanı çoxlu turistlər tanıdı. Avropa Oyunları üçün tikilən obyektlər də Azərbaycana qalacaq. Sadəcə, elə təşkil etmək lazımdır ki, əhali buna görə sevinsin, ondan nəsə götürsün".

Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının təşəbbüsü və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası pislənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti