...

BDU-da "Bakı-2015. İlk Avropa Oyunlarına dəstək" adlı tədbir keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 15:27 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib.
BDU-da "Bakı-2015. İlk Avropa Oyunlarına dəstək" adlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

Bakı Dövlət Universitetində (BDU) "Bakı-2015. İlk Avropa Oyunlarına dəstək" adlı tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ilk Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb və Bakının Oyunlara tam hazır olduğunu bildirib. Qeyd edib ki, bu hazırlığın kökündə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın davamlı olaraq Oyunların keçiriləcəyi obyektlərə, idman qurğularına baş çəkməsi, eyni zamanda, idmançılarımıza göstərdikləri diqqət və qayğı dayanır. Rektor onu da bildirib ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə əsas səbəblərdən biri güclü beynəlxalq nüfuzumuz, Azərbaycan əhalisinin Oyunların Bakıda keçirilməsini arzulaması və dəstəkləməsi, eyni zamanda, ölkəmizdə yaradılmış idman infrastrukturunun dünya səviyyəsinə, dünya standartlarına cavab verməsi ilə bağlıdır.

Daha sonra Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleq, Bakı Dövlət Universitetinin könüllüləri adından tarix fakültəsinin 1-ci kurs tələbəsi Səadət Qarayeva və coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Eltac Cəbiyev çıxış ediblər.

Bildirilib ki, Bakı-2015 Avropa idman tarixində yeni səhifə açacaq. Bu tarixin açılmasına və yazılmasına ölkə Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti və minlərlə könüllü Azərbaycan gənci dəstək verəcək.

Tədbirdə Bakı-2015 ilk Avropa Oyunları haqqında videoçarxlar nümayiş edilib və Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru S.Kleq "BDU-nun Fəxri qonağı" mükafatı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti