...

Britaniyanın Qlazqo Universitetində Avropa Oyunlarının təqdimatı keçirilib

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 16:31 (UTC +04:00)
Böyük Britaniyanın Qlazqo Universitetində Bakı-2015 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.
Britaniyanın Qlazqo Universitetində Avropa Oyunlarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlhamə İsabalayeva/

Böyük Britaniyanın Qlazqo Universitetində Bakı-2015 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, "Qlazqo" Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan gecəsində baş tutan təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Qlazqo Universitetində maliyyə iqtisadiyyatı üzrə magistr təhsil alan Mehman İsmayıllı tərəfindən həyata keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Türkiyə, Çin Xalq Respublikası, Rusiya, Almaniya, İsrail, Fransa, ABŞ və İtaliyadan olan 70-dən çox tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan Bakı-2015 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı Olimpiya idman növü olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx iştirakçılara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti