...

Litvalı nazir: Birinci Avropa Oyunları Azərbaycan üçün böyük təşviqat kampaniyasıdır

Baku 2015 : EUROGAMES Materials 28 May 2015 10:56 (UTC +04:00)
“Birinci Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliğ edilməsi üçün böyük bir hadisədir”. Bu barədə Trend-ə Litvanın mədəniyyət naziri Sarunas Birutis deyib.
Litvalı nazir: Birinci Avropa Oyunları Azərbaycan üçün böyük təşviqat kampaniyasıdır

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliğ edilməsi üçün böyük bir hadisədir". Bu barədə Trend-ə Litvanın mədəniyyət naziri Sarunas Birutis deyib.

O qeyd edib ki, Azərbaycan artıq öz iqtisadi və siyasi nailiyyətlətri ilə dünyada güclü nüfuz qazanıb: "Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycan haqqında kifayət qədər məlumatı olmayan insanların ölkə haqqında geniş bilgi əldə etməsi üçün böyük təşviqat kampaniyasıdır".

İki il öncə Bakıda olduğunu qeyd edən nazir bildirib ki, ötən müddət ərzində şəhərdə təəccübləndirici dəyişikliklərin olduğunu bildirib: "Avropa Oyunlarına qısa müddət ərzində bu cür yüksək səviyyədə hazırlaşmaq əlbəttə təəccübləndiricidir".

Litvalı nazir əlavə edib ki, idman mədəniyyətimizin bir hissəsidir və mühüm əhəmiyyət kəsb edir, çünki müxtəlif millətlərdən olan insanlar bir araya gəlir: "Əlbəttə bu cür görüşdən sonra insanlar bir-birilərini daha yaxşı başa düşür. Bu baxımdan Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan sülhə və sabitliyə də öz töhfəsini vermiş olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti