...

Bakı 2015 "Mən Azərbaycanı sevirəm!" fotomüsabiqəsini elan etdi

Baku 2015 : EUROGAMES Materials 28 May 2015 17:31 (UTC +04:00)
Bakı 2015 “Mən Azərbaycanı sevirəm!” adlı fotomüsabiqə elan edib.
Bakı 2015 "Mən Azərbaycanı sevirəm!" fotomüsabiqəsini elan etdi

Azərbaycan, Bakı, 28 may /Trend/

Bakı 2015 "Mən Azərbaycanı sevirəm!" adlı fotomüsabiqə elan edib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 28 May Respublika günü münasibətilə foto müsabiqəsi elan edir. Komitədən Trend-ə verilən məlumata görə, "Mən Azərbaycanı sevirəm!" (I love Azerbaijan!) adı altında keçirilən müsabiqənin əsas məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır.

Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet və bir ədəd Samsung Galaxy Camera telefonu qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər.

Bunun üçün "#baku2015" yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyiniz, istənilən yerində şəkil çəkdirmək lazımdır. Müsabiqə iştirakçısı olmaq üçün, həmin şəkli #baku2015, #iloveazerbaijan və #biginbakuhəştəqlərindən istifadə edərək, Twitter və Instagram səhifələrinizdə paylaşmaq kifayətdir.

Bu gündən start götürən müsabiqənin ilk mərhələsi mayın 28-dən iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək Bakı 2015 Elçiləri 5 ən yaxşı şəkli seçəcəklər. Həmin seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün Bakı 2015 Facebook səhifəsində paylaşılacaq.

Bakı 2015 qalibin seçilməsi üçün bütün Facebook izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə (like) səsvermədə iştirak etməyə dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək.

Qalib iyunun 26-da elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti