...

Nazir müavini: Azərbaycan üçün Avropa Oyunları qitə ölkələri ilə yaxınlaşmaq baxımından daha bir şansdır

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 15:45 (UTC +04:00)
"I Avropa Oyunları qitənin Azərbaycanı daha yaxşı tanıması üçün əla fürsət olacaq. Bundan başqa, Oyunlar Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin genişləndirilməsinə xidmət edir".
Nazir müavini: Azərbaycan üçün Avropa Oyunları qitə ölkələri ilə yaxınlaşmaq baxımından daha bir şansdır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ənvər Məmmədov/

"I Avropa Oyunları qitənin Azərbaycanı daha yaxşı tanıması üçün əla fürsət olacaq. Bundan başqa, Oyunlar Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin genişləndirilməsinə xidmət edir".

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova "EurActiv" portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan qarşısına iri turizm mərkəzi olmaq məqsədini qoyub: "Turizmin inkişafı üçün Azərbaycan haqqında informasiyanın yayılması olduqca vacibdir. I Avropa Oyunları Azərbaycan, onun mədəniyyəti və tarixi barədə daha çox danışmaq imkanıdır".

S.Həsənova qeyd edib ki, I Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün Avropa üçün vacibdir: "Fəxr edirik ki, Oyunlar ölkəmizdə keçiriləcək. Xarici ölkələrlə əlaqələr bizim üçün çox önəmlidir. Avropa Oyunları Azərbaycan üçün Avropa ölkələri ilə yaxınlaşmaq baxımından daha bir şansdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti