...

Birinci Avropa Oyunlarının məşəli Xızıda (FOTO) (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 31 May 2015 21:34 (UTC +04:00)
Mayın 31-də Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.
Birinci Avropa Oyunlarının məşəli Xızıda (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Mayın 31-də Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.

Trend-in məlumatına görə, bu regionda məşəlin ilk qarşılanma mərasimi Xızı şəhərində keçirilib.

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılandı. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olundu. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan parka gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti