...

Soyadına vurğun olan Türkiyə müğənnisi (FOTO)

Mədəniyyət Materials 14 İyul 2011 12:10 (UTC +04:00)
38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində səhnəyə çıxan populyar simalardan biri də türk estradasında yeni ulduz kimi parlayan müğənni Murat Dalkılıç oldu.
Soyadına vurğun olan Türkiyə müğənnisi (FOTO)

Türkiyə, Mersin, 14 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un dəstək verdiyi türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində səhnəyə çıxan populyar simalardan biri də türk estradasında yeni ulduz kimi parlayan müğənni Murat Dalkılıç oldu. Meqa Star Tarkanın keçmiş meneceri Uyqar Atəşlə işbirliyinə imza atan Muradın səhnəyə çıxmamışdan əvvəl bəzi xüsusiyyətlərini aşkarladıq. Özünəvurğun olduğunu açıq-aşkar hiss etdirən müğənni, hətta soyadını belə qoluna döydürmüşdü.

Media mənsublarının suallarını cavablandırmadan səhnəyə çıxan sənətçi, səhnədə olduğu müddət ərzində pərəstişkarlarının məxsusi diqqəti ilə qarşılandı. Kənardan bu mənzərəyə baxıb, "Kasaba" adlı mahnısı ilə musiqi dünyasına qədəm qoyan Dalkılıçı şöhrətin zirvəsində hesab etsək, yanılmarıq.

Trend-ə danışan qardaşı Uğur isə bildirdi ki, əslində qardaşı çox səmimi bir insandır. Onun xalq konserti zamanı bizə şıltaq təsir bağışlaması da, səhnəöncəsi həyəcanla bağlıdır. "Azərbaycanlı melomanlar haqqında çox eşitmişik. Muradın qardaş ölkə ilə bağlı planları var. İnşallah, Bakıdakı pərəstişkarları ilə də görüş alınar", - qardaşı əlavə etdi.

Qeyd edək ki, konsert günü Dalkılıçın çıxışını izləməyə gələnlər arasında anası da var idi.

Xəbər lenti

Xəbər lenti